13 yaşlı uşaq bacısını maşınla əzdi 12 İyul 16:07

13 yaşlı uşaq bacısını maşınla əzdi

Azyaşlı divarla maşın arasında qalaraq ölüb.

Atasının maşınında oynayan 13 yaşlı oğlan bacısının ölümünə səbəb olub. ANS PRESS-in məlumatına görə, hadisə Başqırdıstanda baş verib. Uşaq maşında olarkən avtomobil təsadüfən hərəkətə keçib, nəticədə yaş yarımlıq uşaq maşının altında qalıb. 

İstintaq idarəsi rəhbərinin köməkçisi Svetlana Abramovanın sözlərinə görə, hadisə Yazıkovo kəndində qeydə alınıb. S.Abramov bildirib ki, uşaq maşınla divarın arasında qalıb. 

Məlumata görə, balaca qız dərhal ağır xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilsə də, az sonra dünyasını dəyişib.
 
Hazırda hadisə ilə bağlı yoxlama keçirilir, insidentin təfərrüatlarını araşdırılır.