23 yaşlı gənc suda batdı 18 İyul 19:04

23 yaşlı gənc suda batdı

Hazırda meyitin axtarışları davam etdirilir.

Yevlaxda 23 yaşlı şəxs Kür çayında batıb. ANS PRESS-in məlumatına görə, bu əslən Kəlbəcər rayonundan olan və Yevlax rayonunun Salahlı kəndində məskunlaşan Elmdədin Abdulrəhmanovdur. Yaxınlarının vediyi məlumata görə, Elməddin ötən gün çayda dostları ilə birlikdə çimərkən batıb.

Dərhal ərazidə Fövqəladə Hallar Nazirliyinin dövlət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib, hazırda axtarışlar davam etdirilir.

Daha bir suda boğulma faktı Salyan rayonunda qeydə alınıb. Borankənd kəndində kənd sakini Zamiq Rzayev göldə çimərkən boğulub. Aparılan axtarışlar nəticəsində onun meyiti göldən çıxarılıb.