43 yaşlı kişi özünü bıçaqladı 14 İyul 11:27

43 yaşlı kişi özünü bıçaqladı

Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Göygöldə naməlum bıçaqlanma hadisəsi baş verib. Şəhərin Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Rabil Qadir oğlu Abbasov qarnının kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti ağırdır.

Polisə onun özü-özünü bıçaqladığı deyilib. Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeydə alınan sonuncu bıçaqlanma hadisəsi bir neçə gün əvvəl Sumqayıtda baş verib. 3-cü mikrorayonda Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayıb. 

Onların bir neçə il əvvəl rəsmi nikahları pozulub. Qadın 3-cü mikrorayonda kirayə yaşayırmış. Keçmiş ər-arvad arasında mübahisə qısqanclıq zəminində olub.