72 yaşlı ulduz 8-ci dəfə ata olacaq 15 İyul 12:14

72 yaşlı ulduz 8-ci dəfə ata olacaq

Mik Caqqein sevgilisinin hamilə olmasını müğənninin nümayəndəsi təsdiq edib.

Əfsanəvi "The Rolling Stones" rok-qrupunun lideri Mik Caqqer 8-ci dəfə ata olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə xarici KİV-lər yazır. Məlumata görə, musiqiçinin 29 yaşlı sevgilisi Melani Xamrik hamilədir. Bu məlumatı Caqqerin nümayəndəsi də təsdiq edib. 

Gələcək ana "The Rolling Stones"un lideri ilə yaşamağı planlaşdırmır. O Los-Anceles və ya Konnektikuta köçmək istəyir ki, ailəsi ilə birgə olsun. 

72 yaşlı Mik Caqqer iki dəfə evli olub və onun dörd qadından yeddi övladı var. 

İngiltərəli musiqiçi, bəstəkar Ser Maykl Filipp "Mik" Caqqer 1943-cü ildə anadan olub. 50 illik karyerası ərzində Caqqer rok-n-roll tarixində ən nüfuzlu və məşhur şəxs olub.