81 yaşlı kişini "tok" vurub öldürdü 11 İyul 19:54

81 yaşlı kişini "tok" vurub öldürdü

Onun evinin zirzəmisində işləyərkən bədbəxt hadisənin qurbanı olduğu bildirilir.

İmişlidə 81 yaşlı kişini elektrik  cərəyanı vuraraq öldürüb. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sərxanlı kəndində qeydə alınıb. Kənd sakini 1935-ci il təvəllüdlü Fəqan Məhəmməd oğlu Abbasov evinin zirzəmisində işləyərkən, onu elektrik cərəyanın vurub. Kişi hadisə yerində ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli  rayon şöbəsində müayinə edildikdən sonra ailəsinə verilib.  

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır. 

Daha bir cərəyanvurma faktı Ağcabədi rayonunda qeydə alınıb. Laçın rayonundan olan məcburi köçkün vətəndaşların məskunlaşdığı məcburi köçkünlər şəhərciyində təxminən 20-25 yaşlı gənci cərəyan vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırma aparır. Ölən şəxsin kimliyi hələlik məlum deyil.