ABŞ-da atışmada 2 nəfər öldürüldü 14 İyul 12:51

ABŞ-da atışmada 2 nəfər öldürüldü

Hadisə zamanı bir polis əməkdaşı yaralanıb.

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində baş verən atışma nəticəsində 2 nəfər həlak olub. ANS PRESS-in "Associated Press" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, şübhəli şəxs qadın və kişini güllələyərək qətlə yetirib.

Açılan atəş nəticəsində biri polis olmaqla daha iki nəfər yaralıb. Polisin məlumatına görə, cinayətkar saxlanılıb. Hüquq-mühafizə orqanları hesab edirlər ki, atışma mübahisə zəminində baş verib. 

İnsidentin təfərrüatları araşdırılır.

Oxşar hadisə bir neçə gün əvvəl Kaliforniyanın San-Bernandino şəhərində baş verib.  26 yaşlı Trevon Lamar Uilyams 9 yaşlı oğlu və 25 yaşlı Semeti Mahan ilə birgə çaxır mağazasından çıxarkən onlara silahlı şəxs yaxınlaşıb və atəş açıb. Nəticədə hər üç bəfər yerindəcə dünyasını dəyişib.