ABŞ-da məhkəmə binasına silahlı hücum: 2 ölü 12 İyul 11:50

ABŞ-da məhkəmə binasına silahlı hücum: 2 ölü

Hadisəni törədən şəxs polis tərəfindən zərərləşdirilib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında məhkəmə binasına silahlı hücum olub. ANS PRESS-in məlumatına görə, Sent- Josef şəhərindəki insident zamanı 2 məhkəmə işçisi öldürülüb, daha bir nəfər isə (polis əməkdaşı) yaralanıb. Məlumata görə, basqını törədən şəxs artıq öldürülüb. 

Miçiqan əyalət polisi "The Berrien" bölgə məhkəmə binasının hücumdan sonra bağlandığını bildirib.

Yerli mətbuat 3 nəfərin öldüyünü yazıb.

Verilən ilk açıqlamada şübhəlinin həbsxanaya aparılarkən polislərdən birinin silahını ələ keçirərək ətrafa atəş açdığı bildirilib.

Hadisəni törədən şəxsin 44 yaşlı Larri Qordon olduğu məlum olub.

İnsident bir neçə cinayətdə təqsirli bilinən 44 yaşlı kişi mühafizəçiləri öldürüb qaçmaq istəyəkən baş verib. 

Bir neçə gün əvvəl də ABŞ-ın Dallas ştatında silahlı insident baş verib. İki afroamerikalının öldürülməsindən sonra ştatda toqquşmalar başlayıb. Əvvəlcə iyulun 4-də Luiziana ştatının Baton-Ruj şəhərində iki polis bir afroamerikalını yerə uzadıb, daha sonra polislərdən biri ona atəş açıb.

Səhəri gün isə analoji hadisə Minnesota ştatının Folkon-Hayts şəhərində baş verib. Bundan sonra ölkənin bir sıra şəhərində etiraz aksiyalarının keçirilməsinə başlanılıb.