ABŞ prezidentindən terrora reaksiya 15 İyul 06:40

ABŞ prezidentindən terrora reaksiya

"Nitsa hadisəsi dəhşətli terror aktıdır"

Bu sözləri halhazırki ABŞ prezidenti Barak Obama Fransanın Nitsa şəhərində insanların üzərinə hücumu barəsində deyib.

ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri olayı dəhşətli terror aktı adlandırıb. Dualarının həyatlarını itirənlərin ailələriylə olduğunu deyən, Obama yaralılara şəfa diləyib.

ABŞ lideri Fransada baş vermiş hadisələrin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri yardımların olunması təklifi ilə çıxış edib. Obama qeyd edib ki, ABŞ Fransanın yanındadır. Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə, yaralananların sayı 120 nəfərə çatıb.

Yaralılar
Yaralılar