ABŞ Türkiyədəki hərbi bazaya görə hərəkətə keçə bilər 16 İyul 04:37

ABŞ Türkiyədəki hərbi bazaya görə hərəkətə keçə bilər

"Təhlükə yarandıqda biz təhlükəsizliyin təmin olunması üzrə müvafiq tədbirlər görəcəyik."

ABŞ-ın Müdafiyə Nazirliyi bəyanat yayıb. ANS PRESS-in məlumatına görə, ABŞ İncirlik Hərbi Hava Bazasını qorumaq üçün hərəkətə keçə bilər.

“Təhlükə yarandıqda biz təhlükəsizliyin təmin olunması üzrə müvafiq tədbirlər görəcəyik”, -  məlumatda deyilir.

Türkiyədə dövlət çevrilişinə cəhd olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan deyib ki, o Türkiyə respublikasının prezidentidir və o, xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.

"Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhurun özünü, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik."