ABŞ Türkiyədəki vəziyyəti izləyir 16 İyul 03:30

ABŞ Türkiyədəki vəziyyəti izləyir

Türkiyədə baş verənlərə ilk beynəlxalq reaksiya

ABŞ-dan Türkiyədəki dövlət çevrilişinə ilk açıqlama gəlib. 
ANS PRESS-in məlumatına görə, dövlət katibi Con Kerri  deyib ki, ABŞ Türkiyədəki hadisələrin səngiyəcəyinə ümidvardır.

Con Kerri bu açıqlamanı Moskvada olarkən verib. “Mənim başqa heç bir açıqlamam yoxdur. Çünki hadisədən indi xəbər tutmuşam”, - deyə Kerri bildirib. 

Tükiyədəki hadisələr barədə artıq prezident Barak Obamaya da məlumat verilib. 

Ağ evdən verilən açıqlamada bildirlir ki, ABŞ Türkiyədəki vəziyyəti izləyir.  

Rusiya da ölkədə baş verənlərlə bağlı açıqlama verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya vətəndaşlarına münaciət  edərək deyib ki, Türkiyəyə getməkdən yayınsınlar. "Bu çox təhlükəlidir. Xüsusilə uşaqlar üçün”.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda ölkənin rəhbəri olduğunu deyib.