Ağır yol qəzası: ölənlər var 17 İyul 07:31

Ağır yol qəzası: ölənlər var

sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə Şəmkir – Şiştəpə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Avtomobildə olan iki sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır./APA