Ağsuda hamilə qadın öldü 15 İyul 12:37

Ağsuda hamilə qadın öldü

Hamiləliyinin 22-ci həftəsində olan qadının halı qəflətən pisləşib

Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar. Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər.

Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi.

Faktla bağlı araşdırma aparılır.