Almaniya yığmasının baş məşqçisinin taleyi məlum oldu 12 İyul 21:26

Almaniya yığmasının baş məşqçisinin taleyi məlum oldu

O, 2018 mundialının sonuna kimi Bundestimdə işini davam etdirəcəyini bildirib.

Yoahim Löv Almaniyanın baş məşqçisi postunda qalacaq. ANS PRESS-in məlumatına görə, bu barədə təcrübəli mütəxəsis Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindeli məlumat yayıb. O, 2018 mundialının sonuna kimi Bundestimdə işini davam etdirəcəyini bildirib.

"Əlbəttə, Avropa çempionatının yarımfinalından sonra məyus olmuşduq. Son həftələr xeyli güc sərf etdik. Amma bir neçə gün istirahət edəndən sonra başa düşdüm ki, Almaniya millisi pis çıxış etmədi. Komandamız AVRO-2016-nın ən gənc kollektivi idi. Onun böyük potensialı var. Bu futbolçularla çalışmaq mənə xoşdur. Komandanı 2018 mundialına hazırlamaq istəyirəm" - Löv deyib.

Almaniya - Fransa qarşıdurması

Yoahim Löv Almaniya millisi ilə 2014-cü ildə Dünya çempionu olub. Baş məşqçi geridə qoyduğumuz Avropa çempionatında turnirin ev sahibi Fransa (2:0)yığmasına məğlub olaraq finala çıxa bilməmişdi. Finalda Portuqaliya (1:0) millisi ev sahibini minimal hesabla qalib gələrək Avropa çempionu olub.