Angela Merkel Türkiyədə kimi dəstəklədiyini açıqladı 17 İyul 04:19

Angela Merkel Türkiyədə kimi dəstəklədiyini açıqladı

"Küçələrdə tankların və aviareydlərin öz xalqına qarşı çıxması ədalətsizlikdir.”

Almaniya kansleri Angela Merkel Türkiyədə dövlət çevrilişinə cəhd edən qüvvələri təndiq edib.

ANS PRESS-in məlumatına görə, Merkel çıxışı zamanı Almaniya hökumətinin Türkiyədə demokratiya və qanunu müdafiə edən hər kəsin tərəfində olduğunu deyib.

“Dövlət çevrilişinə cəhd zamanı insanların öldürülməsi faciədir. Türkiyədə tökülən qan dayandırılmalıdır. Almaniya hökuməti konstitusiyaya əsaslanan Türkiyə dövlətinə dəstəyini ifadə edir. Azad seçkilər yolu ilə lider seçmək xalqın hüququdur və bu hüquq qorunmaqdadır. Siyasi dəyişikliklərə siyasi institutlar qərar verməli və demokratik qaydalar əsasında tədbiq olunmalıdır. Küçələrdə tankların və aviareydlərin öz xalqına qarşı çıxması ədalətsizlikdir”, - Angela Merkel deyib.

Eyni zamanda, Almaniya və Fransadakı türklər də Türkiyə iqtidarına dəstəklərini ifadə ediblər. Frankfurt və Parisdə fəallar Türkiyədə çevrilişə qarşı şüarlar səsləndiriblər.

Dövlət çevrilişinə cəhd zamanı 265 nəfərin öldürülüb, 1500 nəfər yaralanıb. Türkiyənin təhlükəsizlik qüvvələri çevrilişinə cəhddə ittiham olununan 2839 nəfəri həbs edib. 2700 hakim işdən çıxarılıb. Həbs olunanlar arasında iki ordu generalı da var.

İstanbula yeridən döyüş texnikası və hərbçilər
İstanbula yeridən döyüş texnikası və hərbçilər