Ankarada bir hepikopter vuruldu 16 İyul 10:34

Ankarada bir hepikopter vuruldu

Nəticədə 5 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı deyilir.

Türkiyədə Beştəpə yaxınlığında "Sikorsky" helikopteri vurulub. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Kompleksinin yaxınlığına təyyarələr tərəfindən iki bomba atılıb.

Bombalar Millət Məscidinin önünə park etmiş maşınlardan birinin üstünə düşüb. İlk hesablamalara görə, nəticədə 5 nəfər həyatını itirib, çox sayda yaralı var. 

İnqilabçılar tərəfindən istifadə edilən "Sikorsky" vertolyot isə vurularaq endirilib. Gölbaşı Prokurorluğu Ankaradakı hücumlarda 42 nəfərin öldüyünü, 60-dan çox insanın yaralandığını açıqlayıb.

Ötən gecə Türkiyədə İstanbul və Ankarada insanlar təşvişə düşüb. Buna səbəb hər iki şəhərdə qoşunların və zirehli texnikanın küçələrə çıxarılmasıdır.

Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub.

Reuters agentliyi xəbər verir ki, Türkiyənin Baş naziri Binali Yıldırım bunun dövlət çevrilişinə cəhd oduğunu bəyan edib.

İnsidentlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

Ərdoğan deyib ki, o, Türkiyə respublikasının prezidentidir və xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.

O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.