Arda Turan yaxta ilə tətilə çıxdı 13 İyul 11:58

Arda Turan yaxta ilə tətilə çıxdı

Məşhur futbolçu qardaşı və dostları ilə birlikdə tətilin dadını çıxarıb.

İspaniyanın Barselona klubunun türkiyəli futbolçusu icarəyə götürdüyü yaxta ilə tətilə yollanıb. ANS PRESS-in məlumatına görə, məşhur futbolçu qardaşı və dostları ilə birlikdə tətilin dadını çıxarır.

Arda Turanın sözügedən yaxtanı 7500 avroya icarəyə götürdüyü bildirilir. Paparazilərin kameralarına tuş gələn futbolçunun qardaşı Okan Turan və dostları ilə birlikdə ötən gün Göcək sahillərində görüntülənib.

Günorta saatlarına qədər yatan futbolçu oyandıqdan sonra bir qədər dənizdə üzüb və dostları ilə saatlarla kart oynayıb. 

Arda Turan dostları ilə birlikdə kart oynayır
Arda Turan dostları ilə birlikdə kart oynayır

Ardanın yaxın dostlarından biri olan Egemen Türk sosial mediada tətildən çəkilmiş foto paylaşıb. Fotoda Ardanın qardaşı Okan Turan, Ardanın uşaqlıq dostu Göktan Cilacı da var.