ATƏT nümayəndələri yenə cəbhəyə gedir 14 İyul 11:51

ATƏT nümayəndələri yenə cəbhəyə gedir

İyulun 15-də monitorinq olacaq.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 15-də cəbhədə monitorinq baş tutacaq. ANS PRESS-in məlumatına görə, monitorinqin Füzulinin Horadiz yaşayış məntəqəsi yaxınlığında baş tutması planlaşdırılır.

Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi qarşı tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjel Kaspirşik, səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq izləyəcək.