Avroliqada klublarımızın rəqibləri bəlli olur 15 İyul 12:00

Avroliqada klublarımızın rəqibləri bəlli olur

"Sent Etyen", "AZ Alkmaar","Spartak","Lill", "Vest Hem" Bakıya gələ bilər.

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasının da 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq. ANS PRESS-in məlumatına görə, qitənin ikinci dərəcəli yarışında ölkəmizi "Qəbələ", "Kəpəz" və "Neftçi" komandaları təmsil edir.
Hər üç təmsilçimiz səpələnməmişlər sırasında qərarlaşıb. İkinci mərhələnin ilk oyununda Makedoniya "Şkendiya"sı ilə qolsuz bərabərə qalan "Neftçi", Avstriyada yerli "Admira"ya 0:1 hesabı ilə uduzan "Kəpəz" və Macarıstanda MTK-nı 2:1 məğlub edən "Qəbələ" mərhələdə adlasa, 3-cü təsnifat mərhələsində daha güclü komandalarla qarşılaşacaq. Bunların arasında ötən mövsüm "Qəbələ" ilə Avroliqada qarşılaşmış "Krasnodar", "Panatinaikos", "Qarabağ"la oynamış "Sent Etyen", eləcə də "AZ Alkmaar", Moskva "Spartak"ı, Fransanın "Lill", İngiltərənin "Vest Hem" kimi klubları var.

"Kəpəz" klubu
"Kəpəz" klubu


Səpələnmişlər:
"AZ Alkmaar" (Hollandiya) 
"Genk" (Belçika) - "Buduçnost" (Monteneqro) cütünün qalibi qalibi 
"Lill" (Fransa) 
"Sent-Etyen" (Fransa) 
"Gent" (Belçika) 
"Krasnodar" (Rusiya) 
"Rapid" (Avstriya) 
"Slovan" (Çexiya) 
"Maribor” (Sloveniya) – "Levski” (Bolqarıstan) cütünün qalibi 
"Makkabi” Təl-Əviv (İsrail) - "Kayrat” (Qazaxıstan) cütünün qalibi 
"Spartak" (Moskva, Rusiya) 
"Avstriya” (Avstriya) - "Kukesi” (Albaniya) cütünün qalibi 
"Partizan” (Serbiya) - "Zaqlebiye” (Polşa) cütünün qalibi 
"Vest Hem" (İngiltərə) 
"Herta" (Almaniya)
"Panatinaikos" (Yunanıstan) 
"Midtyulland” (Danimarka) - "Vaduts” (Lixtenşteyn) cütünün qalibi 
"Riyeka" (Xorvatiya) 
"Sassuolo" (İtaliya) 
"Rio Ave" (Portuqaliya) 
"Vorskla" (Ukrayna) 
"Makkabi” (Hayfa, İsrail) - "Nomme Kalyu” (Estoniya) cütünün qalibi 
HİK (Finlandiya) - "Beroe” (Bolqarıstan) cütünün qalibi 
"Hayduk” (Xorvatiya) - "İaşi” (Rumıniya) cütünün qalibi 
"Arouka" (Portuqaliya) 
"Apollon" (Kipr) 
"Mlada Boleslav" (Çexiya) 
"Dinamo” (Belarus) - "Sent Patriks” (İrlandiya) cütünün qalibi 
"Omoniya” (Kipr) - "Beytar” (İsrail) cütünün qalibi