Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı 11 İyul 21:09

Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı

Uels millisinin ulduz futbolçusu Qaret Beyl heyətə daxil olmayıb.

Avropa çempionatının rəmzi yığma komandası məlum olub. ANS PRESS-in məlumatına görə, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib. Çempionatın ən yaxşı futbpolçularını UEFA tərtib edib. Maraqlıdır ki, Uels millisinin ulduz futbolçusu Qaret Beyl heyətə daxil olmayıb.

Qapıçı - Ruy Patrisiu (Portuqaliya);

Müdafiəçilər - Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

Yarımmüdafiəçilər - Toni Kruoos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

Hücumçular - Antuan Qrizman (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub. 

Avropa çempionatının rəmzi komandası
Avropa çempionatının rəmzi komandası
Portuqaliyanın yeganə qolu