Avropa Şurasından Ərdoğan bəyanatı 16 İyul 04:28

Avropa Şurasından Ərdoğan bəyanatı

Təşkilat Türkiyədəki çevrilişi qəbuledilməz adladırıb.

Avropa Şurası da Türkiyədəki çevrilişlə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, təşkilatın yaydığı bəyanatda bildirilir ki, ölkənin demokratik yollarla seçilən prezidentinə qarşı çevriliş cəhdi qəbuledilməzdir.

Daha əvvəl ABŞ-dan Türkiyədəki dövlət çevrilişinə açıqlama gəlib. 

Dövlət katibi Con Kerri  deyib ki, ABŞ Türkiyədəki hadisələrin səngiyəcəyinə ümidvardır.

Rusiya da ölkədə baş verənlərlə bağlı açıqlama verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya vətəndaşlarına münaciət  edərək deyib ki, Türkiyəyə getməkdən yayınsınlar. "Bu çox təhlükəlidir. Xüsusilə uşaqlar üçün”.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda ölkənin rəhbəri olduğunu deyib.