Avtobuslar vaxtlı-vaxtında yuyulub təmizlənmir 14 İyul 20:44

Avtobuslar vaxtlı-vaxtında yuyulub təmizlənmir

Əksər avtobuslar görünüşcə səliqəli görünsə də, sanitar baxımdan bunu demək olmaz.

"Qaradağ qəsəbəsinin avtobusları sanki ibtidai icma quruluşundan qalıb. Bu cür avtobuslar bizi qane etmir". ANS TV-nin məlumatına görə, bu sözləri avtobusların acınacaqlı vəziyyətindən şikayətçi olan sərnişinlərdən biri-Lətifə Əliyeva bildirib.

Lətifə xanımın danışdığı nə lətifədi, nə də zarafat. Avtobusların natəmizliyi də elə vəziyyətin ciddiliyindən xəbər verir. Məsələn, 165 saylı avtobusda oturacağa yapışdırılan saqqız, yerə tökülən tum qabıqları, qərtmək bağlamış oturacaqlar lap adamın əhvalını təlx edir.

Əksər avtobuslar görünüşcə səliqəli görünsə də, sanitar baxımdan bunu demək olmaz.  

53, 6, 124, 88 saylı avtobuslar da natəmizliyi ilə seçilirdi. 88 saylı avtobusun dispetçeri isə and-aman edir ki, bütün avtobuslar hər gün yuyulub təmizlənir sonra xəttə buraxılır. Günah sərnişinlərdədir.

Baku-Bus MMC-dən isə bildirirlər ki, şirkətin tabeçiliyində olan avtobuslar hər gün yuyulub təmizlənməklə yanaşı, müxtəlif yoluxucu xəstəliklərə qarşı dezinfeksiya da edilir. 

Avtobusların təhlükəsizilyi təkcə onların təzəliyi, texnki sazlığı ilə ölçülməməlidir. Nəzərə alsaq ki, avtobuslardan gündə minlərlə sərnişin istifadə edir, onda marşurutlarda həm də sağlam mühit formalaşdırılmalıdır.

Avtobuslar vaxtlı-vaxtında təmizlənib yuyulmur