AZAL vəziyyət gərginləşən Türkiyəyə olan biletləri geri qaytarır 18 İyul 18:52

AZAL vəziyyət gərginləşən Türkiyəyə olan biletləri geri qaytarır

Aviabiletlərin cəriməsiz son qaytarılma tarixi açıqlanıb.

16-20 iyul tarixləri üçün İstanbul və Ankaraya sifariş olunan biletlər qaytarıla bilər. ANS PRESS-in məlumatına görə, bu baradə AZAL məlumat yayıb.

Məlumatda deyilir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı sifariş olunan aviabiletlərin cəriməsiz son qaytarılma tarixini açıqlayıb.

“Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 16-20 iyul tarixləri üçün İstanbul və Ankara istiqamətlərində uçan reyslərinə iyulun 15-dək yazılmış aviabiletlər avqustun 15-nə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər”, - deyə məlumatda bildirilir.