Azərbaycan qırıcıları Qarabağ səmasına qaldırdı 13 İyul 14:14

Azərbaycan qırıcıları Qarabağ səmasına qaldırdı

Uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir.

Bu gün Azərbaycan Hərbi-Hava Qüvvələri cəbhə xəttinin bilavasitə yaxınlığında təlim-məşq uçuşlarına başlayıblar. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

“Uçuşlar cənub-şərq istiqamətinin 30 km məsafəsində yerinə yetirilib. Saat 11:00-a olan vəziyyətə görə, uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir”, - deyə məlumatda bildirilib. 

Azərbaycan Müdafiə Nazirliyi bu barədə ətraflı məlumatın veriləcəyini bildirib.