Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı 13 İyul 13:36

Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt azalıb.

Azərbaycanda 2016-cı ilin ilk 6 ayında baş verən qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ilin ilk yarım ilində ölkə ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəza və ölü sayında azalma müşahidə olunur. 

Baş verən qəzaların sayının müqayisəsi
Baş verən qəzaların sayının müqayisəsi

Bakı şəhərində 323 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 73 nəfər həlak olub, 342 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların  sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin binası
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin binası

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri əsasən bu 4 səbəbdən baş verir:

Qəzaların baş vermə səbəbi
Qəzaların baş vermə səbəbi

Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı yaralanıb.

19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 80 nəfər yaralanıb.

2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, yaralananların sayı isə 19 nəfər azalıb. Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı yaralanıb.