Azərbaycanda körpə qız uşağı binadan yıxıldı 15 İyul 23:30

Azərbaycanda körpə qız uşağı binadan yıxıldı

Həkimlər 4 yaşlı uşağın həyatını xilas edə bilməyib.

Siyəzən şəhərində bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında 4 yaşlı uşaq beşmərtəbəli binanın dördüncü mərtəbəsindən yıxılıb.

Körpə Məmmədova Dilək Vüqar qızı dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.