Azərbaycanda yenidoğulan əkizlərdən biri öldü 12 İyul 13:03

Azərbaycanda yenidoğulan əkizlərdən biri öldü

22 yaşlı qadın hamiləliyinin 7-ci ayında övladlarını dünyaya gətirib.

Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb. 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.

7 aylıq hamilə olan qadının əkiz övladı doğulub. Lakin körplərdən biri ölüb. Digərinin vəziyyəti isə ağırdır. Doğuşu həyata keçirən Tahirə adlı həkim xəstənin valideynlərinə doğuşun qaydasında aparıldığını bildirib. O uşaq ölümünü erkən doğuşla əlaqələndirib.