Azərbaycanı seçən hücumçu Türkiyədə 17 İyul 09:05

Azərbaycanı seçən hücumçu Türkiyədə

Şeydayev “bordo mavililər”in sırasına azad agent statusu ilə keçib.

Ramil Şeydayevin Trabzonspora transfer olunması ilə bağlı klubun rəsmi saytı məlumat yayıb. ANS PRESS-in məlumatına görə, 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Sonuncu klubu Rusiya Zeniti olan Şeydayev “bordo mavililər”in sırasına azad agent statusu ilə keçib. Ramilin Trabzosporun heyətində keçirəcəyi 4 il ərzində qazancı toplam 1 milyon 630 min avro təşkil edəcək.

Futbolçunun milli komandamızda çıxış etməsi də hazırda müzakirə mövzusudur. Hətta Rusiya mətbuatında artıq Ramilin Azərbaycan millisində oynamağa razılıq verməsi barədə xəbərlər də dolaşır.

Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiyasının da mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Mikayıl Nərimanoğlunun sözlərinə görə, Şeydayev özü milli komandada çıxış etmək arzusunu dilə gətirib.

Yekun qərar isə milli komandamın baş məşqçisi Robert Prosineçkiyə məxsusdur. Yalnız bundan sonra AFFA futbolçunun milli komandamızda çıxışını təmin etmək üçün hərəkətə keçəcək.

İstənilən halda hücumçu mövqeyində seçim imkanı az olan Prosineçki böyük ehtimalla bu keçidə “hə” deyəcək.