Azərbaycanın kapitanı baş məşqçi oldu 17 İyul 03:43

Azərbaycanın kapitanı baş məşqçi oldu

O, 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunub.

Milli komanda və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov şərəfini qoruduğu "Ağ qara"ların  19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bir müddət öncə "B" kateqoriyalı məşqçilik kursunu uğurla başa vuran Rəşad Sadıqov U-19 komandasına rəhbərlik etməklə yanaşı, əsas komandada çıxışını da davam etdirəcək.

Rəşada Sadıqovun "B" kateqoriyalı məşqçilik sertifikatı
Rəşada Sadıqovun "B" kateqoriyalı məşqçilik sertifikatı