Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi 13 İyul 21:11

Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi

Şəklin altında yazılan bütün sərt şərhlərdən sonra 33 yaşlı aktrisa onu tənqid edənlərə cavab verib.

Türkiyədə məşhur olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "İnstagram" səhifəsini bağlayıb. ANS PRESS-in məlumatına görə, buna səbəb aktrisanın Nyu-Yorkda 3 polislə çəkilmiş fotosunun birmənalı qarşılanmaması olub.

Şəklin altında yazılan bütün sərt şərhlərdən sonra 33 yaşlı aktrisa onu tənqid edənlərə cavab verib.

"Dərin düşüncəli deyilsən.... İntelektual deyilsən...Tənqidçi deyilsən....Şair deyilsən... Sadəcə internetə girə bilirsən o qədər. Aid olduğunuz yerdə qalın. Yəni mənim fotolarımın altında!", - deyə onun tənqid edənlərə Nəsrin Cavadzadədən sərt cavab gəlib.

Lakin bir müddət sonra məşhur aktrisa hesabını bağlayıb.

Aktrisa "İnstagram"səhifəsini bağladı
Aktrisa "İnstagram"səhifəsini bağladı

Nəsrin Cavadzadə Nyu-Yorkda üç polis əməkdaşı ilə səmimi şəkil çəkdirib.

N. Cavadzadənin polis əməkdaşları ilə görüntüsü birmənalı qarşılanmayıb. Lakin aktrisanın bu fotosu son dövrlər irqçilikdə günahlandırılan polis təşkilatına dəstək kimi qiymətləndirilib. 

Aktrisanın polislərlə çəkdirdiyi foto
Aktrisanın polislərlə çəkdirdiyi foto

Bir müddət əvvəl Türkiyənin “Kış güneşi” serialında rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə paylaşdığı açıq-saçıq şəkilləri ilə özünə diqqət çəkib. 

Aktrisanın tənqidlərə cavabı
Aktrisanın tənqidlərə cavabı

Aktrisa 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Mərmərə Universiteti kino və televiziya fakültəsinin məzunudur. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya "Qızıl Portağal" film festivalının ən yaxşı aktrisa mükafatına layiq görülüb.