Azərbaycanlı futbolçu "Trabzonspor"da 12 İyul 11:14

Azərbaycanlı futbolçu "Trabzonspor"da

20 yaşlı futbolçu Avropa çempionudur.

"Trabzonspor" Azərbaycan əsilli futbolçu Ramil Şeydayevi transfer edir. ANS PRESS-in məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, futbolçunun transferi ilə bağlı danışıqlara start verilib: "Sərbəst statusda olan peşəkar futbolçu Ramil Şeydayevin klubumuza transferi ilə bağlı futbolçu ilə danışıqlar başlayıb".

Rusiyanın "Zenit" klubunun əvəzedici komandasında çıxış edən, bir müddət əvvəl əsas komandaya yüksələn Ramilin kluba müqaviləsi başa çatıb. Rusiya millisinin seçən futbolçunun Moskva "Lokomotiv"inə keçəcəyi deyilirdi.

Nevzat
Nevzat

Bu arada "Trabzonspor" rəsmilərindən Nevzat Aydın "Twitter" hesabından Ramillə bağlı qısa məlumat yayıb: "Şeydayev çox gənc və böyük bir istedaddı. Ümid edirəm ki, faydalı olar".

Ramil Şeydayev 1996-cı martın 15-də Sankt-Peterburqda dünyaya gəlib. Atası azərbaycanlı, anası rus olan futbolçu 2013-cü ildən "Zenit"in ikinci komandasında çıxış edir. Bir mövsüm sonra A komandasına yüksələn futbolçu 2015-ci ilin yayında "Rubin"ə icarəyə verilmişdi. Rusiyanın U-17, U-19 və U-21 yığmalarında meydana çıxdığı 67 oyunda 40 qol vuran futbolçu 2013-cü ildə 17 yaşadək futbolçular arasında Avropa çempionu olub.