"AzəriLayt"ın qiyməti aşağı endi 12 İyul 07:06

"AzəriLayt"ın qiyməti aşağı endi

Neft bazarındakı ümumi ucuzlaşma Azərbaycan neftinə də təsir etdi

"Qara qızıl"ın qiymətlərində cuzi ucuzlaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin bir bareli 44.89 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də 1 dollar azalaraq 46.43 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 1.30 dollar ucuzlaşaraq 47.15 dollar təşkil edib..

12 iyul 2016-cı il üçün neftin qiymətləri
12 iyul 2016-cı il üçün neftin qiymətləri

"Aparılan islahatlar dərinləşdikcə biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Bundan sonra neftin qiymətinin bizim üçün əhəmiyyəti olmayacaq". Bunu iyulun 10-da  Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident qeyd edib ki, postneft dövründə ciddi islahatlar aparılmalı idi və aparıldı. "Qeyd etməliyəm ki, bu il  gömrük orqanlarından daxilolmalar 17% artıq yığılıb ki, bu da müsbət nəticədir. Vergi orqanlarından daxilolmalar 2% artıq olub, lakin burada da böyük ehtiyatlar var. Vergi orqanlarında da aparılan islahatlar bu sistemin daha da şəffaf olmasına şərait yaradacaq. Gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə həllini tapır. İnsanlar, xüsusilə də iş adamları bunun müsbət nəticəsini görür. Eyni zamanda bunun nəticəsində ölkəyə daha çox vəsait daxil olur. Əlbəttə, islahatlar daha dərinləşməlidir. Maliyyə nəzarəti daha da gücləndirilməlidir", - deyə prezident qeyd edib.

Qiymətli metalların bu günə olan qiymətləri mənfi yöndə dəyişib. Qızılın bir qramının qiyməti 1 dollar ucuzlaşaraq 43.61 dollara düşüb. Platinin bir qramı 35.17 dollar, palladiumun qramı 20 dollardan bir az aşağı - 19.93 dollar təşkil edib. Gümüşün bir qramı bahalaşaraq 66 sentə satılıb.