Bakı metrosunda daha bir yenilik - kino veriləcək 14 İyul 11:55

Bakı metrosunda daha bir yenilik - kino veriləcək

Tədbir sabah "Gənclik" stansiyasında olacaq.

Bakı metrosunda kino nümayiş olunacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə məlumat verib. 

Məlumata görə, sabah - 15 iyul 2016-cı il tarixində, səhər saat 11:00-da "Gənclik" stansiyasında növbəti sərginin açılışı olacaq. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub. Burada köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq. 

"Metro Gallery" adlı layihə "Bakı Metropoliteni" QSC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə həyata keçirilir. 

Ötən ilin dekabrda 28 May stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə əlaqədar konsert olub. Layihə ilə əlaqədar açıqlama verən Nəsimi Paşayev deyib ki, bu, sosial layihələrdən biridir.

"Dahi bəstəkarın yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bizdə qərara gəldik ki, belə bir lahiyə həyata keçirək. Bu həm də metro istifadəçilərinə xoş əhval-ruhiyyə bəxş etmək məqsədi daşıyır". 

Layihə dekabr ayının sonunadək - hər həftənin 5-6-cı günləri həyata keçirilib. Stansiyanın girişində musiqçilər bəstəkarın əsərlərini ifa ediblər. 

Ü. Hacıbəyova həsr olunmuş konsert
Ü. Hacıbəyova həsr olunmuş konsert