Bakıda əcnəbi vətəndaşı öldü 13 İyul 14:58

Bakıda əcnəbi vətəndaşı öldü

Ziya Bünyadov prospektində onu maşın vurub.

Bakıda əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yol qəzası baş verib. Nərimanov Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prosketində Bakı şəhər sakini Azad Quliyev idarə etdiyi 90- UE- 030 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı 1979-cu il təvəllüdlü Qurban Məmməd oğlu Məmmədovu vurub.

Ağır bədən xəsarətləri alan 47 yaşlı Q.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb.

Ötən gün paytaxtda piyada ölümü ilə nəticələnən daha iki qəza baş verib. Axşam saat 21 radələrində Qaradağ rayonu ərazisində İmişli rayon sakini Vüsal Heydərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini  Rüstəm Zahidovu vurub.

Xəstəxanaya yerləşdirilən R.Zahidov orada ölüb.

Piyada ölümü qeydə alınan daha bir qəza isə Sabunçu rayonu ərazisində baş verib. Balaxanı qəsəbəsində Bakı şəhər sakini Elman Quliyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə yolu keçən paytaxt sakini Ağabəy İsmayılovu vurub. A.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.