Bakıda konsert verən məşhur müğənni: nikah əhəmiyyətsizdir 14 İyul 14:02

Bakıda konsert verən məşhur müğənni: nikah əhəmiyyətsizdir

Enrike Anna ilə 15 ildir ki sevgilidir.

Ötən ay  Formula 1 Qran Prisi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edən dünya şöhrətli müğənni Enrike İqlesias şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə alman "Gala" jurnalına müsahibə verən Enrike sevgilisi Anna Kurnikova ilə gələcək ailə həyatı və uşaqları barədə danışıb.

Artıq 15 ildir Anna ilə birlikdə olan Enrike İqlesias  bir yerdə xoşbəxt olduqlarını və rəsmi nikah barədə fikirləşmədiklərini bildirib.

"Nikah xoşbəxt olmaq və kimisə böyük məhəbbətlə sevmək üçün səbəb deyil. Mən rəsmi şəkildə ailəli olan dostlarıma baxıram, onların bəzilər heç də xoşbəxt deyillər. Biz Anna ilə bir-birimiz sevir və qarşılıqlı şəkildə hörmət bəsləyirik. Bizimdə münasibətlərimiz digərlərində olduğu ki, bəzən yüksəliş və süqut edir. Anna bütün həyatımın sevgisidir amma nikah əhəmiyyətsizdir. Ümüd edirəm ki, 90 yaşımda da eyni sözləri deyəcəyəm"-deyə 41 yaşlı müğənni müsahibəsində bildirib.

Enrike İqlesias və Anna Kurnikova
Enrike İqlesias və Anna Kurnikova

Dünyaca məşhur tennisçi və fotomodel Anna Kurnikova 1981-ci il, iyunun 7-də Moskvada idmançı ailəsində anadan olub. 14 yaşında dünya gənclər reytinqinin 1 nömrəli tennisçisi adını qazanıb. Daha sonra Kurnikova məşhur tennisçi Martina Hingislə birlikdə cütlüklərdə ikinci "Böyük Şlem" turnirini qazanıb. Anna 2001-ci ildə sol ayağından zədə alıb.  2003-cü ildə zədəsini təzələyən Anna, həmin ilin mayında karyerasını bitirib.

Dünyada Latın Amerikası musiqisinin ən parlaq nümayəndələrindən olan Enrike İqlesiasın mükafatlar kolleksiyasında çoxlu sayda "Qremmi" və "American Music Awards" heykəlcikləri var. İndiyə qədər 9 albom sahibi olan ifaçının dünyada 100 milyon diski satılıb.

Enrike İqlesiasın Bakıdakı konserti

"Formula 1" yarışları çərçivəsində ötən ay Enrike İqlesiasın Bakıda konserti baş tutub.

Konsertə tamaşa etmək üçün Milli Parka minlərlə insan toplaşıb. “Latın pop musiqisinin kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I like ıt” kimi məşhur hitlərini səsləndirib. Konsertin aparıcısı şoumen Murad Dadaşov olub.