Bakıya sığınmış erməni sui-qəsd barədə ANS PRESS-ə danışdı 12 İyul 19:38

Bakıya sığınmış erməni sui-qəsd barədə ANS PRESS-ə danışdı

"İndiyədək mənə və ailəmə qarşı təhdidlər var. Dəfələrlə oğlumu öldürməklə bağlı xəbərdarlıqlar almışam."

Bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçüncü ölkəyə gedən erməni hüquq müdafiəçisi Vahan Martirosyana Odessada hücum olub. Bu barədə ANS PRESS-ə açıqlama verən Martirosyan Odessa vilayətinin Belyayevka qəsəbəsində onu vurmaq istədiklərini bildirib.

Sizə edilən sui-qəsdi nə ilə əlaqələndirirsiniz? Bu sizin peşəkar fəaliyyətinizlə əlaqəlidirmi?

“Bir müddət əvvəl mən Bakıda olarkən Xocalı Soyqırımı və 1988-ci ildə Spitak zəlzələsi zamanı Ermənistana yardıma gedərkən vurulan təyyarədə həlak olmuş azərbaycanlıların xatirə abidəsini ziyarət etdiyim kadrlar yayıldı. Bundan əvvəldə mənə və ailəmə qarşı təhdidlər olmuşdu. Bütün bunlar isə sanki yanan alova yağ tökdü. Şəhərdə heç kim bu maşını tanımır. Hamı bunun hücum olduğunu düşünür. Belə düşünürəm ki, bu həmin kadrlara cavab reaksiyası idi. Həmçinin bu mənim Ermənistanın hərbi-siyasi elitası barədə yazdığım ifşaedici məqalələrə cavab hücumu idi. Tezliklə mənim Bakıya gəlişimin bir ili tamam olur. İndiyədək mənə və ailəmə qarşı təhdidlər var. Dəfələrlə oğlumu öldürməklə bağlı xəbərdarlıqlar almışam. Keçən il anamı maşınla vurmuşdular. Bu, mənə ilk xəbərdarlıq idi. Keçən il Bakıda müsahibəmdən sonra anamı maşınla vurdular. İndilərdə ayağa qalxıb, yeriyə bilir. Hazırda mənimlə birgədir.

3-cü ölkə kimi niyə məhz Ukraynanı seçdiniz? Yaratdığınız hərəkatın əsas ideyası nədir? Siz nə uğrunda mübarizə aparırsınız?

“Azərbaycandan üçüncü ölkə kimi Ukraynaya gəlmişəm. Burada jurnalist fəaliyəti ilə məşğulam, haqqin.az saytına yazıram, həmçinin Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatını yaratmışam. Bu Ermənistandan kənarda yaşayan, həmçinin erməni diasporu ilə birgə Sarksiyan hakimiyətinə qarşı müqavimət təşkilatıdır. Siz bilirsiniz ki, Sarksiyan hakimiyəti Ermənistanda olan müxalifətə qarşı necə amansızlıq nümayiş etdirir. Burada fəaliyyət göstərmək bizə daha rahatdır. Mən nədənsə qorxsaydım keçən il Bakıya gəlib orada həqiqətləri dediyim mətbuat konfransı keçirməzdim. Burda mənə işləmək asandır. Burada Fransadan, Almaniyadan olan ermənilər var, həmçinin azərbaycanlılar da var. Burada işimizi aparmaq rahatdır və yaxın günlərdə bunun nəticəsini görəcəksiniz. Bizim əsas məqsədimiz erməni xalqını qeyri legitim Sarksiyan hakimiyətinin əsirliyindən xilas etməkdir”.

Vahan Martirosyan, həyat yoldaşı Karina Qasparyan və oğulları Bakıda mətbuat konfransında
Vahan Martirosyan, həyat yoldaşı Karina Qasparyan və oğulları Bakıda mətbuat konfransında

Bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçüncü ölkəyə gedən erməni hüquq müdafiəçisi, hazırda haqqin.az saytı ilə əməkdaşlıq edən Vahan Martirosyana Odessada hücum olub. Odessa vilayətinin Belyayevka qəsəbəsində Vahan Martirosyanı naməlum avtomobillə vurmaq istəyiblər.

“Ağ rəngli, şüşələrinə qara plyonka çəkilmiş “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi. Sonra sürücü birdən qaza basdı və maşını üstümə sürdü. Mən yoldan kənara tullandım, ayağım zədələndi. Onlar Belyayevka tərəfə getdilər. Mən maşında kimlərin olduğunu aydınlaşdırmağa çalışdım. Qonşumun polisdə işləyən oğlu dedi ki, şəhərdə belə maşın yoxdur və həmin maşının kimə məxsus olduğunu bilmir”, - Martirosyan deyib.

Erməni hüquq müdafiəçisinin bildirdiyinə görə, o, travmatik tapançadan avtomobilin yük yerinə üç dəfə atəş açıb və bundan sonra “VAZ 2107” sürətlə uzaqlaşıb. 

Vahan Martirosyan Ermənistanhakimiyyətinin təqiblərindən bezərək ailəsi ilə birlikdə Azərbaycana sığınmışdı. Sonradan  öz arzusu ilə üçüncü ölkəyə getdi. V.Martirosyan haqqin.az saytında Ermənistanın hərbi-siyasi elitası barədə ifşaedici məlumatlardan ibarət məqalələrlə çıxış edir. 

Bakıda keçirdiyi mətbuat konfransında erməni hüquq müdafiəçisi ordunu müdafiə naziri Seyran Ohanyanın idarə etmədiyini də bildirmişdi: "Müdafiə naziri Seyran Ohanyan olsa da əslində, heç nə ondan asılı deyil. O, adi fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğin yarısı Xaçaturyanın cibinə getməsə, o, həmin gecə yatmayacaq".

İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücum olundu

Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan və həyat yoldaşı Karina Qasparyan bu gün Bakıda mətbuat konfransı keçirib, birgə bəyanat imzalayıblar. Martirosyan təmsil etdiyi ölkədə baş verən proseslərdən, əhalinin hakimiyyətdən kəskin narazı olmasından, Dağlıq Qarabağ münaqişəsindən və baş verə biləcək hər hansı insidentdən Ermənistanın necə qorxmasından danışıb.