"Balaca şahzadə" Fransadakı çempionatın ən yaxşısı seçildi 11 İyul 21:46

"Balaca şahzadə" Fransadakı çempionatın ən yaxşısı seçildi

Hücümçu 6 qolla turnirin bombardiri olub.

Avropa çempionatının ən yaxşı futbolçusunun adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, Fransa millisinin hücumçusu Antuan Qrizman çempionatın ən yaxşısı seçilib. Bu qənaətə UEFA-nın texniki müşahidəçi gəlib.

"Balaca şahzadə" ləqəbi olan A.Qrizman 6 qolla turnirin bombardiri olub. Onun hesabında iki məhsuldar ötürmə var. Qrizman ötən gün yığma komandası ilə final matçında Portuqaliya millisinə məğlub olub. Lakin, “Atletiko Madrid” klubunun hücumçusu ½ final mərhəsində Almaniya yığmasının qapısından iki top keçirərək komandasının finala yüksəlməsinə kömək edib. 

Antuan Qrizmanın Avropa çempionatındakı vurduğu 6 qol

Avropa çempionatının rəmzi yığma komandası da məlum olub. Rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib. Çempionatın ən yaxşı futbpolçularını UEFA tərtib edib. Maraqlıdır ki, Uels millisinin ulduz futbolçusu Qaret Beyl heyətə daxil olmayıb.

Qapıçı - Ruy Patrisiu (Portuqaliya);

Müdafiəçilər - Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

Yarımmüdafiəçilər - Toni Krus (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

Hücumçular - Antuan Qrizman (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

Avropa çempionatının rəmzi komandası
Avropa çempionatının rəmzi komandası