Balakəndə xüsusi əməliyyat, polis silahdan istifadə etdi 18 İyul 14:32

Balakəndə xüsusi əməliyyat, polis silahdan istifadə etdi

Saxlanılan şəxs idarə etdiyi avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.

Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub və qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.

K.Məmmədov tutulub və avtomobilində baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb. 

Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.