"Barselona" Avropa çempionatının finalçısını transfer etdi 13 İyul 00:40

"Barselona" Avropa çempionatının finalçısını transfer etdi

Katalon klubu 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzaladığını elan edib.

"Barcelona" Fransa millisinin müdafiəçisini transfer etdi. ANS PRESS-in məlumatına görə, "Lyon"un futbolçusu  Samuel Umititinin "Barcelona"ya keçidi rəsmiləşib.

Katalon klubu 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzaladığını elan edib. Transfer katalonlara 25 milyon avroya başa gəlib.

Fransalı müdafiəçi üçün buraxılış qiyməti 60 milyon avrodur. Umititi iyulun 14-də Kataloniyaya gələcək. Bir gün sonra onun təqdimatı keçiriləcək.