Baş nazir ağladı - "208 şəhidimiz var" 18 İyul 16:06

Baş nazir ağladı - "208 şəhidimiz var"

"ABŞ-a sual verirəm - Bundan daha böyük dəlil ola bilər?"

“Hərbi çevriliş cəhdi nəticəsində 208 şəhidimiz var. Bunlardan 60-ı polis, 3-ü hərbçi, 145-i isə mülki qəhrəmanlardır”. ANS PRESS-in məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Baş nazir Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. Onun sözlərinə görə, 7543 nəfər saxlanılıb. Açıqlamalar verərkən baş nazir göz yaşlarını da saxlaya bilməyib. Onun sözlərinə görə, 1491 yaralı var. Saxlanılanların sayı isə 7543 nəfərdir. Onlardan 100-ü polisdir, 6038-i hərbçi.

B.Yıldırım dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini deyib. 

O, hərbi çevriliş cəhddinin təşkilatçılığında adı hallanan Fəthullah Gülənin qaytarılması ilə bağlı da danışıb. "Qlobal təhdid var. ABŞ rəhbərliyinə sual verirəm - Bundan daha böyük dəlil ola bilər?".

Nazir həm müxalifət partiyaları, həm də türk mediasına təşəkkür edib. "Bir foto gördüm. Bu mənə çox təsir etdi. Başı qapalı bir xanımn yanında modern geyimli bir qadın... Bu Türkiyəni birləşdirən fotodur. Bizim ayrıseçkiliyimiz yoxdur. 15 iyulda bir daha bu sübut edildi. Qəhrəman polislərimiz canlarını sipər edərək bu alçaqlara lazımi cavabı veriblər. 

Əziz millətimizə nə qədər təşəkkür etsək də azdır. Çevrilişə cəhd edənlər bilsin ki, tökülən hər damla qanın hesabını elə ağır verəcəklər ki... Bunu etməsək bizi o biri dünyada da rahatlıq yoxdur. Qanun çərcivəsində hərəkət edəcəyik". 

Baş nazirin bəhs etdiyi foto
Baş nazirin bəhs etdiyi foto