Baş nazir mikrofonun açıq olduğunu unutdu və mahnı oxudu 12 İyul 13:18

Baş nazir mikrofonun açıq olduğunu unutdu və mahnı oxudu

Bu cür hadisələrdən sonra bir neçə dəfə o, hətta üzr istəmək məcburiyyətində qalıb.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun mikrafonu açıq qalması maraqlı hadisəyə səbəb olub. ANS PRESS-in məlumatına görə, brifinqdən sonra baş nazir mikrofonu söndürməyi unudub. Kemeron növbəti brifinqdən sonra jurnalistlərlə sağollaşdıqdan sonra mahnı oxuyub.

İyulun 11-də ayın 13-dən baş nazir vəzifəsini tərk edəcəyini və onun yerini Tereza Meyin tutacağını deyən Devid Kemeron "Təşəkkür edirəm" deyərək iqamətgahına doğru gedib addımlayıb. Qapıya yaxınlaşan baş nazir gözlənilmədən oxumağa başlayıb: "Du, duuuu, du, du". 

Dəfələrlə mikrofonun açıq qaldığını unudan baş nazirin başı qalmaqaldan açılmır. Bu cür hadisələrdən sonra bir neçə dəfə o, hətta üzr istəmək məcburiyyətində qalıb.

Ötən ilin sentyabrında mikrofonun açıq qaldığını unudan baş nazir Yorkşir qarflığında çıxışı zamanı əhalini qıcıqlandıracaq sözlər işlədib. "Yorkşir sakinləri nəyinki ətrafdakı hər kəsə, hətta bir birlərinə belə nifrət edirlər" - deyə bildirib. Daha sonra sözlərini geri götürən Devid Kemeron zarafat etdiyini söyləyib.

Bundan əvvəl isə o Kraliça Yelizavəta II ilə söhbətində mikrofonunun açıq olduğunu unudaraq Əfqanıstanı dünyanın ən korrupsiyalaşmış ölkəsi adlandırıb.

Devid Kemeron ötən ay Böyük Britaniyanın baş naziri postundan istefa verib. O, 3 aydan sonra vəzifəsindən gedəcək.

D.Kemeron bu qərarı ölkəsində Avropa İttifaqında üzvlüklə bağlı keçirilən referendumdan sonra verib.

Referendumdan sonra Böyük Britaniyanın Avropa İttifaqında qalması tərəfdarı olan D.Kemeron yayın sonunadək tutduğu vəzifəsini tərk edəcəyi barədə söz vermişdi.

 Referendumda "Brexit"in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib.