Britaniyada hökümət başçısı təyin olundu 13 İyul 22:00

Britaniyada hökümət başçısı təyin olundu

Kraliça II Yelizeveta Devid Kemeronun istefasını qəbul edib.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun istefasını kraliça Yelizeveta II qəbul edib. ANS PRESS-in məlumatına görə, Bukinhem sarayından bildirilib ki, kraliça baş nazirinin istefasını "nəzakətlə qəbul edib". Kraliça Tereza Meyi hökümət başçısı edib. 

D. Kemeron əvvəl parlamentdə sonuncu dəfə baş nazir kimi çıxış edib. Daha sonra isə o, Bukinhem sarayında Yelizeveta II ilə görüşüb. Parlamentə çıxışı zamanı Kemeron bildirib ki, istefa verdiyi üçün peşman deyil.

Devid Kemeronu Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey əvəz edib. 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. "Dəmir ledi" Marqarit Tetçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun sözlərinə görə, referendumun nəticələrinin açıqlanmasından sonra ölkəyə yeni liderlər lazım olacaq. Bu səbəbdən o, istefaya getmək qərarına gəlib. Kemeron həmçinin qeyd edib ki, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olmayacaq.

Referendumda iştirak edən seçicilərin əsas hissəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. "Brexit"in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib.

Kemeron Britaniyanın Aİ-yə üzv qalmasının tərəfdarı idi. O, iddia edirdi ki, britaniyalıların ölkənin Aİ-dən çıxmasına səs verməsi Avropadakı sülhü təhdid edə bilər.