"Bu bizim əsgərimiz ola bilməz" 16 İyul 08:03

"Bu bizim əsgərimiz ola bilməz"

Hərbi çevrilişçi dinc sakinə belə güllə atdı

Ötən gecədən başlayaraq Türkiyədə gərgin vəziyyət yaranıb. ANS PRESS-in məlumatına görə, bir qrup hərbçi çevriliş etməyə cəhd edib. Onlar hərbi həmlələr ilə Baş Qərargahı ələ keçirib. Yalnız çevriliş cəhdləri nəticəsiz qalıb.

Rəcəb Tayyib Ərdoğanın milləti küçələrə çıxararaq hakimiyyətə dəstək olması çağırışı etməsindən sonra minlərlə insan prezidentin ardından gedib. Bundan sonra ölkədə 2 cəbhə yaranıb. Dinc sakinlər və polis qüvvələri çevrilişçi hərbçilərin həmlələrinə qarşı olduqlarını bildiriblər. Nəticədə 130-dan çox hərbiçi həbs olunub. 17 polis həlak olub.

Diqqət! Videoda qan və zorakılıq var. Əsəbi zəif olanlara baxmaq tövsiyə edilmir.

Hərbi çevrilişçi dinc sakinə belə güllə atdı