Bu gün yeni baş nazir seçiləcək 13 İyul 04:45

Bu gün yeni baş nazir seçiləcək

Böyük Britaniyada 6 ildən sonra hökumət başçısını dəyişməli olub.

İyulun 13-də Britaniyada hökumət başçısı dəyişəcək. ANS PRESS-in məlumatına görə, son 6 ildə hökumətə başçılıq edən Devid Kemeron istefaya gedəcəyini bildirib. Onu Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey əvəzləyəcək.

59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. "Dəmir ledi" Marqarit Tetçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.

Tereza May - baş nazir postuna yeganə namizəd
Tereza May - baş nazir postuna yeganə namizəd

Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Partiya sədrliyinə namizədlərin irəli sürülmə prosesi iyunun 29-da başlayıb.

Böyük Britaniyanın baş naziri Devid Kemeron un sözlərinə görə, referendumun nəticələrinin açıqlanmasından sonra ölkəyə yeni liderlər lazım olacaq. Bu səbəbdən o, istefaya getmək qərarına gəlib. Kemeron həmçinin qeyd edib ki, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olmayacaq.

Referendumda iştirak edən seçicilərin əsas hissəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. "Brexit"in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib.

Kemeron Britaniyanın Aİ-yə üzv qalmasının tərəfdarı idi. O, iddia edirdi ki, britaniyalıların ölkənin Aİ-dən çıxmasına səs verməsi Avropadakı sülhü təhdid edə bilər. 

Böyük Britaniyanın baş naziri Devid Kemeron və xanımı Samanta Şeffild
Böyük Britaniyanın baş naziri Devid Kemeron və xanımı Samanta Şeffild