Bukingem sarayında 33 min manat maaşa qabyuyan axtarılır 11 İyul 22:11

Bukingem sarayında 33 min manat maaşa qabyuyan axtarılır

İşə düzələn kral ailəsinin evində qalacaq.

Kral ailəsi qab yuyan axtarır. ANS PRESS-in məlumatına görə, Bukingem sarayında qabyuyan vakansiyas yaranıb. Bu haqda məlumat kral evinin rəsmi saytında dərc olunub. İşə düzələn şəxs Bukingem sarayında yaşayacaq, həftə içi 5 gün işləyəcək qabyuyan əsas vəzifələrindən başqa həmçinin aşbazlara da kömək edəcək. Kral ailəsinin qablarını yuyacaq şəxs illik 16,755.56 funt-sterlinq (33 627 AZN) məvacib alacaq.

Bukingem sarayı namizədə yüksək tələblər qoymayıb. Qabyuyanı iş yerində bütün tələb olunan bacarıqlara öyrədəcəklər. 

İş haqqında elan
İş haqqında elan