Çempionlar Liqasında gözlənilməz hadisə 14 İyul 16:19

Çempionlar Liqasında gözlənilməz hadisə

Futbolçu oyuna səhv forma ilə çıxdı.

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. ANS PRESS-in məlumatına görə, Avstriyada keçirilən "Zalsburq" - "Liepaya" matçında maraqlı anlar yaşanıb.

Meydan sahiblərinin futbolçusu Andreas Ulmer oyuna başqa klubun forması ilə çıxıb. O, sözügedən qarşılaşmada Almaniya Bundesliqasına yeni vəsiqə qazanan "Leyptsiq"in formasından istifadə edib. Məsələ burasındadır ki, hər iki komandanın loqosu oxşardır və bu iki komandanın sponsoru "Red Bull" şirkətidir.

Belə bir vəziyyətin necə yarandığı isə böyük sual doğurur. Qarşılaşma Avstriya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. UEFA-nın bununla bağlı cəza verib verməyəcəyi isə maraq mövzusudur. 

Andreas Ulmer
Andreas Ulmer