Cinsiyyətini dəyişib kişi olan məşhur aktrisa Bodrum sahillərində 13 İyul 20:05

Cinsiyyətini dəyişib kişi olan məşhur aktrisa Bodrum sahillərində

Erkoçların aradan keçən zaman ərzində dəyişdiyi diqqətlərdən yayınmayıb.

Cinsini dəyişərək kişi olan türkiyəli aktrisa Nil Erkoçlar (Rüzgar Erkoçlar) Bodrum sahillərində istirahət edərəkən paparazzilərin obyektivlərinə tuş gəlib.

ANS PRESS-in məlumatına görə, dostları ilə birlikdə dənizdə çimən və istirahətin dadını çıxaran Erkoçların aradan keçən zaman ərzində dəyişdiyi diqqətlərdən yayınmayıb.

Şəkillərinin çəkildiyini anlayan Erkoçlar müxbirlərə əhəmiyyət verməyib.

İki il bundan əvvl “Emret Komutanım” serialındakı rolu ilə tanınan aktrisa Nil Erkoçlar cərahiyyə əməliyyatı keçirib. Erkoçlar həkimlərin yardımı ilə cinsini dəyişib.

Cinsini dəyişən Nil Erkoçlar sonradan adını da dəyişərək Rüzgar qoyub. Nil Erkoçlar 1986-cı il martın 26-da İstanbulda anadan olub. O, “Seni Yaşatacağım”, “Bütün Çocuklarım”, “Emret Komutanım”, “Üvey Aile”, “Elif”, “Maskeli Balo” seriallarında rol alıb.

Rüzgar Erkoçlar
Rüzgar Erkoçlar

Rüzgar Erkoçlar dəfələrlə müsahibələrində kişi bədənində özünü daha xoşbəxt hiss etdiyini deyib.

"İçimdə ruhumla bədənim arasında bitməyən bir savaş var idi. Həmişə mənə bəxş edilən bioloji bədənimdən qurtulmaq, azad olmaq istəyirdim".

Əməliyyatla aktrisanın süd vəziləri kəsilib, Ayağından götürülən sümük, əzələ ilə isə kişi cinsi orqanı hazırlanıb. O, uzun müddət hormon müalicəsi alıb. Hazırda da bu müalicə davam edir. Nil adını isə o Rüzgar adı ilə əvəz edib.

Rüzgar Erkoçlar Bodrum sahillərində
Rüzgar Erkoçlar Bodrum sahillərində