Coni Depp malikanəsini 12 milyon dollara satır 12 İyul 15:42

Coni Depp malikanəsini 12 milyon dollara satır

Aktyorun evi Venesiyada yerləşir.

Conni Depp Venesiyadakı malikanəsini satır. ANS PRESS-in  "The Real Deal" saytına istinadən verdiyi məlumata görə, dörd mərtəbəli ev Qrand kanalında yerləşir. 

İddia olunur ki, ev XVII əsrdə imkanlı Toffettis üçün tikilib. Binanın ümumi sahəsi təxminən 700 kvadrat metr təşkil edir. Tikilinin təmiri altı il davam edib.
İndi mülkün qiyməti 12 milyon dollar dəyərindədir.

Məlumata görə, Depp bir vaxtlar ev uğrunda bir ərəb şahzadəsinə qalib gəlib və onu alıb. Lakin 2008-ci ildə bu daşınmaz əmlakı alan investorlar bildirirlər ki, Depp ilə olan sövdələşmə sona kimi başa çatdırılmayıb.

Bu Coni Deppin ilk bahalı alqı-satqısı deyil. Bundan əvvəl KİV-lər xəbər verirdilər ki, Conni Depp amerikalı rəssam Jan-Mişel Baskinin bütün şəkillərini 11,5 milyon dollara satıb.

Həmçinin onun barəsində olan məlumatlarda qeyd olunub ki, o, Ember Herd ilə boşandıqdan sonra onun adı olan döyməsini pozdurub.

Coni Depp və Ember Herd
Coni Depp və Ember Herd

Con Kristofer (Conni) Depp - Amerika aktyorudur. O, 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oscar"a namizəd olub, Tim Börtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Tim Börtonun filmləri Conni Deppə böyük uğur qazandırıb. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilib.

Coni Depp
Coni Depp