Corc Buş matəmdə rəqs etdi, Obama ağladı 13 İyul 16:13

Corc Buş matəmdə rəqs etdi, Obama ağladı

Polilərlə vida mərasiminə qatılan keçmiş prezident hərəkəti ilə hamını şoka salıb.

ABŞ-ın eks-prezidenti Corc Buşun Dallas qurbanları ilə vida mərasimində matəm musiqisinə rəqs edib. ANS PRESS-in məlumatına görə, vida mərasiminə keçmiş prezidentlə yanaşı hazırkı dövlət başçısı Barak Obama və xanımı Mişel Obama da iştirak edib. 

Mərasim zamanı dövlət rəsmiləri əl-ələ tutublar. C.Buş bir əli ilə həyat yoldaşı Laura, digər əli ilə isə xanım Obamanın əlindən tutub. Hər kəs kədərli olduğu bir anda Corc Buş qəfildən əvvəlcə yellənməyə, sonra rəqs etməyə başlayıb. Buşun mərasimdəki şən əhval ruhiyyəsi sərt reaksiyaya səbəb olub. 

Mişel və Barak Obama da keçmiş prezidentin hərəkətlərini təccüb içərisində izləyiblər. Onlar hətta gülməkdən belə özlərini saxlaya bilməyiblər. 

Eyni mərasimdə Birləşmiş Ştatlar prezidenti Barak Obama çıxış edib. Nitq zamanı prezident kövrələrək göz yaşılarını saxlaya bilməyib.

Poislərin ölümü ilə nəticələnın hadisə iyulun 4-də baş verib. Burada polisin qaradərili insanları qətlə yetirməsinə qarşı keçirilən etiraz aksiyasında atışma olub. Nəticədə 5 polis qətlə yetirilib. Dallas Polis İdarəsinin rəisi Devid Braun verdiyi açıqlamada silahlı hücumun kimliyi bəlli olmayan 2 snayper tərəfindən həyata keçirildiyini açıqlayıb.

Səhəri gün isə analoji hadisə Minnesota ştatının Folkon-Hayts şəhərində baş verib. Bundan sonra ölkənin bir sıra şəhərində etiraz aksiyalarının keçirilməsinə başlanılıb.