"Dövlət bizə pul ayırmır" 15 İyul 11:41

"Dövlət bizə pul ayırmır"

"Əgər DİM dövlətdən maliyyələşərsə..."

"Dövlət tərəfindən DİM-ə pul ayrılmır". Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının ödənişli olması barədə məlumata aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, qurum rəhbəri bu gün keirdiyi mətbuat konfransında deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlət qurumu olduğu üçün hə il ona 7 milyon manat vəsait ayrılır. Bunun 5 milyon manatı imtahanlara sərf edilir. 

"Biz hesablamışıq ki, xərclər 25 manat edir. Əgər dövlət tərəfindən DİM maliyyələşərsə qəbul imtahanları pulsuz olacaq. Əks halda yox". 

M. Abbaszadə qəbul imtahanlarının ödənişli olacağı halda belə abituriyentlərin sayına təsir edəcəyinə inanmadığını da deyib.