Dünyaca məşhur ulduz pula möhtac qaldı 13 İyul 17:07

Dünyaca məşhur ulduz pula möhtac qaldı

Britni Spirsin bir fincan qəhvə almaq üçün pulu yoxdu.

Məşhur müğənni Britni Spirsin bir fincan qəhvə almaq üçün pulu yoxdu. ANS PRESS-in məlumatına görə, buna səbəb müğəninin qəyyumluğunun atasında olmasıdır.

Müxtəlif  konsert turları ilə bütün dünyanı gəzməsinə və çəkildiyi reklam çarxlarından ildə 10 milyon dollar qazanmasına baxmayaraq müğəninin bu vəsaitdən istifadə edə bilməsi üçün atasının icazəsi mütləqdir. Milyonlar qazanan Britni atasının icazəsi olmadan 1 fincan qəhvə belə ala bilmir.

2008-ci ildə ikinci həyat yoldaşından boşananan 34 yaşlı müğəni psixi problemlər yaşayıb

İfaçıda əsəb pozuntusu qeydə alınıb və o vaxtdan sonra Spirs atasının himayəsindədir. Onun çətirlə dayanacaqdakı avtomobilləri vurmasından və özünü vanna otağına qapadıb ordan çıxmaqdan imtina etməsindən sonra məhkəmə Britninin nəzarət altına alınmasını tələb edib. Daha sonra ifaçı vəziyyətini bərpa etsə də, məhkəmənin qərarı hələ də öz qüvvədədir.

Las-Veqasda hər şousuna görə 250 min dollar alan Birtni 3 ildən sonra 35 milyon qazanacaq.

Britni pulunu atasının nəzarəti altında xərcləməkdən yorulub və artıq azad olmaq istəyir.

Brtini Spirsin əsəb pozuntusu yaşadığı vaxtlardan foto
Brtini Spirsin əsəb pozuntusu yaşadığı vaxtlardan foto

Bir neçə il əvvəl isə özünə ayaqqabı almaq istəyən müğəninin pulu çatmadığı üçün mağazada biabır olub. İfaçı məcburən öz cangüdəninin kredit kartından istifadə etməli olub. Bu zaman Spirslə mağazanın xəzinədarı arasında kiçik mübahisə yaranıb. Belə ki, müğənninin qol çəkdiyi çekin əks tərəfindəki imzası ilə uyğun gəlməyib. Buna baxmayaraq Spirs mağaza əməkdaşını inandırmağa çalışıb ki, cangüdənin kartı ilə ödəniş edə bilər. 

Britni Spirs kredit kartı ilə həftədə cəmi 1500 dollar xərcləyə bilər. Bu müğənninin üzərindəki öhdəliyin şərtidir. Müğənninin maliyyə xərclərini onun atası, vəkil Endryu Uolet həyata keçirir.